Mosulda partlayış baş verib: 2 nəfər həlak olub

Mosulda partlayış baş verib: 2 nəfər həlak olub
# 13 aprel 2010 05:00 (UTC +04:00)
Bakı-APA. İraqın şimalındakı Mosul şəhərində minalanmış maşının partlaması nəticəsində 2 nəfər həlak olub. Daha 22 nəfər, o cümlədən 5 polis yaralanıb.

APA-nın məlumatına görə, terrorçular polis patrulunu partlatmaq istəyirmişlər. Yaralananlar arasında çoxlu sayda qadın və uşaq var.

Mosul Naynava əyalətinin inzibati mərkəzidir və Bağdaddan 405 km şimalda yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR