Çində zəlzələ qurbanlarının sayı 589 nəfərə çatıb

Çində zəlzələ qurbanlarının sayı 589 nəfərə çatıb
# 15 aprel 2010 01:09 (UTC +04:00)
Bakı-APA. Çinin şimal-qərbindəki Sinxay əyalətində baş vermiş zəlzələnin qurbanlarının sayı 589 nəfərə çatıb. Bu barədə «Sinxua» agentliyi təbii fəlakətin nəticələrinin aradan qaldırılması mərkəzinə istinadən xəbər verir.

APA-nın məlumatına görə, zəlzələdən zərər çəkmiş insanların sayı 10 min nəfərə çatıb. Daha öncə xilasedicilərin qalıqlar altında 900-dən artıq sağ adam çıxardıqları bildirilirdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR