İran Fars körfəzində hərbi təlimlərə başlayıb

İran Fars körfəzində hərbi təlimlərə başlayıb
# 22 aprel 2010 08:38 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran Fars körfəzində hərbi təlimlər keçirir. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, "Böyük Peyğəmbər-5" adlanan bu təlimlər İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən keçirilir.

Üç gün davam edəcək təlimlərdə 313 sürətli qayıq, raket atan, raketdən müdafiə olunan, eləcə də digər hərbi texnikadan istifadə olunur.

Qeyd edək ki, İranın bu təlimləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaradılması günü münasibətilə keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR