Çinə səfər edən Malta prezidenti təcili xəstəxanaya çatdırılıb

Çinə səfər edən Malta prezidenti təcili xəstəxanaya çatdırılıb
# 01 may 2010 01:38 (UTC +04:00)
Bakı-APA. Çinə rəsmi səfərə gələn Malta prezidenti Corc Abela təcili olaraq Şanxay xəstəxanalarından birinə çatdırılıb.

Malta prezidenti otel nömrəsində yıxılaraq belini əzdikdən sonra həkimlərin köməyinə ehtiyac duyulub. Abelanın çatdırıldığı klinikada həkimlər fəqərə sümüyünün zədələnməsini, həmçinin döş qəfəsinin sol tərəfinin və belin əzilməsini aşkar ediblər.

Malta informasiya departamentinin nümayəndələri 62 yaşlı Abelanın aldığı zədələrin ağır olmadığını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR