Tehran bazarında yanğın olub

Tehran bazarında yanğın olub
# 31 may 2010 08:08 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. May ayının 30-dan 31-nə keçən gecə Tehran bazarında yanğın olub. APA-nın “İRNA” ya istinadən verdiyi məlumata görə, Tehranın Ahəngəran, Şokalatçılar və Şeyx Əli küçələrində yerləşən “Əlqədir” Ticarət Mərkəzinin iki mərtəbəsi anıb. Tehran şəhər yanğınsöndürmə idarəsinin ictimai əlaqələr şöbəsinin məlumatına görə, yanğının söndürülməsi üçün hadisə yerinə 4 məntəqədən qüvvələr cəlb edilib. Yanğın çətinliklə də olsa söndürülüb. Mağaza sahiblərinə külli miqdarda ziyan dəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR