İran parlamentarilərindən ibarət nümayəndə heyəti Qəzzə bölməsinə ezam olunur

İran parlamentarilərindən ibarət nümayəndə heyəti Qəzzə bölməsinə ezam olunur
# 04 iyun 2010 03:37 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran parlamentinin 4 üzvü Qəzzə sektoruna ezam olunur. APA-nın “FARS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani parlamentin 4 üzvünün blokada şəraitində olan Qəzzə sektoruna göndərilməsinə razılıq verib.
Ə. Laricani parlament nümayəndə heyətinin ezam edilməsinə razılığını Məclisin seçilmiş nümayəndələri ilə keçirilən toplantıda bildirib.
Qəzzə sektoruna ezam edilən heyət milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR