İranda müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma baş verib

İranda müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma baş verib
# 12 iyun 2010 18:41 (UTC +04:00)
Bakı-APA. Tehranda prezident seçkilərinin ildönümü ilə əlaqədar etiraz aksiyası keçirmək istəyən müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma baş verib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə toqquşma axşam vaxtlarında şəhərin bir neçə yerində baş verib.
İran hökuməti bəyan etmişdi ki, heç bir aksiya keçirməyə imkan verilməyəcək.
Bir qədər öncə müxalifət liderləri günahsız insan itkisinə yol verməmək məqsədilə bu günə planlaşdırılmış nümayişləri ləğv etdiklərini bəyan ediblər.
Iran hökuməti Əhmədinejadın səs çoxluğu ilə seçildiyini deyir. Hökumət bəyan edir ki, nümayişlər yalnız, onların fikrincə Qərbin qurduğu sui-qəsdidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR