Tələbələri aparan avtobus dərəyə aşıb

Tələbələri aparan avtobus dərəyə aşıb
# 14 iyun 2010 15:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Filippində iranlı tələbələri daşıyan sərnişin avtobusu dərəyə aşıb.

APA-nın məlumatına görə, qəza ötən gün Filippinin Cebu vilayətinin Balamban şəhəri yaxınlığında baş verib. Cebuda tibb ixtisası üzrə təhsil alan iranlı tələbələri daşıyan sərnişin avtobusu dərəyə aşıb.

Nəticədə, 20 iranlı tələbə və avtobusun sürücüsü qəzada həlak olub, 26 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR