Pakistan «Əl-Qaidə» ilə mübarizə üçün ABŞ-dan 2,5 milyard dollarlıq silah-sursat istəyir

Pakistan «Əl-Qaidə» ilə mübarizə üçün ABŞ-dan 2,5 milyard dollarlıq silah-sursat istəyir
# 17 iyun 2010 04:01 (UTC +04:00)
Bakı-APA. Pakistan hökuməti ölkənin şimal-qərbində «Əl-Qaidə» ilə mübarizə aparan qoşunlarına 2,5 milyard dollarlıq hərbi vertolyot və digər müasir silahların verilməsi xahişi ilə ABŞ-a müraciət edib.

Bu barədə ölkənin Vaşinqtondakı səfiri Hüseyn Hakkani Washington Time qəzetinə bildirib.

Onun sözlərinə görə, Pakistan hökuməti Əfqanıstanla sərhəddə antiterror əməliyyatı aparan qoşunlarının sayını 100 min nəfərə çatdırmaq fikrindədir. Hazırda bu qoşunun ixtiyarında cəmi 24 hərbi vertolyot var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR