Dubay polisi İsrail kəşfiyyatına qarşı xüsusi mübarizə şöbəsi yaradıb

Dubay polisi İsrail kəşfiyyatına qarşı xüsusi mübarizə şöbəsi yaradıb
# 20 iyun 2010 04:29 (UTC +04:00)
Bakı-APA. Dubay polisi bu ölkədə fəaliyyət göstərən İsrail kəşfiyyatçılarına qarşı xüsusi şöbə yaradıb.
APA-nın «Exo Moskvı» radiosuna istinadən verdiyi xəbərə görə bu şöbənin yaradılmasına Dubayda böyük əhəmiyyət verilir. Ona görə ki, İsrail öz düşmənlərini başqa ölkələrdə təqib etməkdə özünü haqlı sayır. Buna görə Dubay bəyan edib ki, öz vətəndaşlarını və xarici qonaqları İsrail Kəşfiyyat Orqanı olan Mossaddan müdafiə edəcək.
Dubayın hüquq mühafizə orqanları Mossadı bu yaxanlarda Dubay otelində Fələstin siyasətçisini qətlə yetirməkdə ittiham edir. Lakin rəsmi İsrail bunu inkar edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR