Tehranda tələbələrin etiraz aksiyasına 4 millət vəkili də qoşulub - FOTO

Tehranda tələbələrin etiraz aksiyasına 4 millət vəkili də qoşulub  - <font color=red>FOTO</font>
# 22 iyun 2010 11:02 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın müxtəlif universitetlərindən gəlmiş tələbələr İran İslami Şura Məclisinin əsas binasının qarşısında etiraz aksiyası keçiriblər. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, tələbələrin etirazı İran parlamenti tərəfindən Azad İslam Universiteti ilə bağlı qəbul olunan qərarla bağlıdır. Hazırda parlamentin qarşısında etiraz dalğası artmaqdadır. Tələbələrə 4 millət vəkili qoşulub. Digər millət vəkillərinin də aksiyaya qoşulacağı gözlənilir.
Aksiya da iştirak edən tələbələr Azad Universitetin rektoru Abdullah Casibini pisləyərək “Parlament Casibinin cinayətini dəstəkləyib!” “Azad universitet şəxsi mülk deyil!” “Ölüm olsun vilayəti-fəqihə zidd olanlara!” “Casibi xəyanət xəyanət!” kimi şüarlar səsləndiriblər və eləcə də əllərində üzərində bu şüarlar yazılmış plakartlar tutublar.
Qeyd edək ki, dünən İran Milli Məclisinin nümayəndələri səs çoxluğu ilə Azad İslam Universitetinin xüsusi mülk kimi universitetin təsisçi heyətinin ixtiyarına verilməsi haqqında layihəni təsdiq ediblər.
Tehran polisi aksiyaçıları kənardan müşahidə edir, qarşıdurma yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR