İran HDD yeni sualtı qayıqlarla təchiz olunub

İran HDD yeni sualtı qayıqlarla təchiz olunub
# 09 avqust 2010 21:46 (UTC +04:00)
Bakı-APA. Bazar ertəsi İran Hərbi-dəniz qüvvələri «Qadir» tipli 4 yeni sualtı qayıqla təchiz olunublar. Bu 100 tondan bir az çox sututumu olan kiçik sualtı qayıqlardır.

Qayıqların döyüş keyfiyyətləri barədə dəqiq məlumat yoxdur. Hərbi ekspertlər hər bir qayığın 2 torpeda aparatı ilə təchiz olunduğunu güman edirlər. Sualtı qayıqlar dizel və elektrik mühərrikləri ilə təchiz olublar.

Ümumilikdə İran donanmasında indi 11 «Qadir» var. Bundan əlavə, Tehranın 3 daha ciddi sualtı qayıqları var. Söhbət «Paltus» layihəli sovet qayıqlarından gedir. Həmin qayıqlar 20 il qabaq alınıblar. 2008-ci ildə isə İran təkcə torpeda yox, həm də raket silahını daşıya biləcək sualtı qayıq düzəltməyə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR