İraqda baş vermiş partlayışlar nəticəsində 46 nəfər ölüb

İraqda baş vermiş partlayışlar nəticəsində 46 nəfər ölüb
# 25 avqust 2010 14:45 (UTC +04:00)
Bakı – APA. İraqın müxtəlif yerlərində baş vermiş partlayışlar nəticəsində 46 nəfər ölüb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, partlayışlar seriyası yerli vaxtla saat 08-ə yaxın paytaxt Bağdadda başlayıb, sonra ölkənin şimalına və cənubuna yayılıb.

Ən ciddi terror aktı Bağdada 160 km məsafədə yerləşən Kut şəhərinin pasport idarəsində baş verib. Partlayış nəticəsində 15-i polis olan 20 nəfər ölüb, 90 nəfər yaralanıb. Bağdad ətrafında isə terrorçu-kamikadze idarə etdiyi avtomobili partladıb, nəticədə 15 nəfər ölüb, onlarla adam yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR