KİV: KXDR-in nüvə kompleksinin ərazisində 2 yeni bina tikilib

KİV: KXDR-in nüvə kompleksinin ərazisində 2 yeni bina tikilib
# 02 oktyabr 2010 05:11 (UTC +04:00)
Bakı-APA. Şimali Koreyanın Yonben nüvə kompleksinin ərazisində 2 yeni bina tikilib. Bu barədə Yaponiyanın «Nikkey» qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, «son günlər Yonbendəki yeni binaların ətrafında avtotexnika və texniki heyətin fəal hərəkəti nəzərə çarpır».

Müşahidəçilərin fikrincə, KXDR rəhbərliyi bu fəaliyyətlə, «sentyabrda keçirilmiş Koreya Əmək partiyasının konfransında Kim Çen İrin kiçik oğluna hakimiyyətin ötürülməsi və hərbi sistemin möhkəmləndirilməsi üçün zəmin yaradaraq dünya ictimaiyyətinə nüvə hazırlıqlarının yeni mərhələdə olduğu barədə işarə vermək istəyir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR