İranda qaçaqmalçılar polis rəisini öldürüblər

İranda qaçaqmalçılar polis rəisini öldürüblər
# 06 oktyabr 2010 11:44 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Kirman vilayətinin Rudbar şəhərində narkotik qaçaqmalçıları ilə qarşıdurma zamanı Rudbar şəhər polis idarəsinin narkotiklə mübarizə idarəsinin rəisi öldürülüb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Rudbar şəhərinin meri İlyas Bazigər bildirib ki, polis zabiti Rza Fazili qaçaqmalçılar tərəfindən açılan atəş nəticəsində həlak olub, 1 polis işçisi isə yaralanıb. Polisin müqaviməti nəticəsində qaçaqmalçılar özləri ilə apardıqları küllü miqdarda narkotik maddəni və bir avtomobili hadisə yerində qoyaraq qaçıblar. Hazırda cinayətkarların axtarışı davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR