İranda yanacaq daşıyan 4 avtomobil yanıb

İranda yanacaq daşıyan 4 avtomobil yanıb
# 07 oktyabr 2010 10:10 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İraqdan Əfqanıstana neft aparan 4 avtomobil yanıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə İranın Mahabad şəhəri yaxınlığında baş verib. Hadisəyə sürücülərin yemək isitmək üçün istifadə etdikləri qaz balonunun partlaması səbəb olub. Maşınları avtoparkda saxlayan sürücülər yaxınlıqda yemək qızdırarkən avtomobillərdən birinə qığılcım düşüb, partlayış baş verib. Alov digər avtomobillərə də keçib, nəticədə 4 avtomobil yanaraq, sıradan çıxıb. Partlayış nəticəsində sürücülərdən biri ölüb, üçü yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Mahabad şəhər yanğınsöndürmə idarəsinin əməkdaşları hadisə yerinə gəliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR