İranda 8 narkotik qaçaqmalçısı edam edilib

İranda 8 narkotik qaçaqmalçısı edam edilib
# 08 oktyabr 2010 09:30 (UTC +04:00)
Bakı Süleyman Fərzəliyev - APA. İranın Kirman şəhər cəzaçəkmə müəssisəsində 8 narkotik qaçaqmalçısı edam edilib. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, 8 nəfərdən ikisi - N. Səyyad və Ş. Cəlal silahlı basqın və 1 tondan artıq narkotik maddənin satışında ittiham ediliblər. Digər 6 nəfər isə narkotik qaçaqmalçılığında təqsirli biliniblər. Onlardan 8 ton narkotik aşkar edilərək götürülüb.
Müttəhimlər məhkəmənin hökmü ilə Kirman şəhər cəzaçəkmə müəssisəsinin həyətində edam ediliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR