İsrail qırıcıları İran prezidentinin Livanda çıxışı zamanı stadionun üzərində dövrə vurub

İsrail qırıcıları İran prezidentinin Livanda çıxışı zamanı stadionun üzərində dövrə vurub
# 15 oktyabr 2010 08:08 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran prezidenti Mahmud Əhmədinejadın Livanın Bint-Cəbil məntəqəsində şəhər stadionunda çıxışı zamanı İsrailin 2 qırıcı təyyarəsi havada dövrə vurub. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İsrail qırıcıları stadiona toplaşanlar arasında təşviş yaratmaq və M. Əhmədinejadın çıxışına mane olmaq üçün Livanın hava məkanına daxil olub.

Lakin İran prezidenti qırıcıların uçuşu zamanı da ABŞ və İsrailin ünvanına kəskin ittihamların yer aldığı çıxışını dayandırmayıb.

Livan ordusu isə İsrail qırıcılarının ölkənin hava məkanına daxil olmasına heç bir reaksiya verməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR