Mahmud Əhmədinejad iki günlük Livan səfərini Hizbullahın rəhbəri ilə görüşlə başa vurub

Mahmud Əhmədinejad iki günlük Livan səfərini Hizbullahın rəhbəri ilə görüşlə başa vurub
# 16 oktyabr 2010 01:11 (UTC +04:00)
Bakı-APA. İran prezidenti Mahmud Əhmədinejad iki günlük Livan səfərini Hizbullahın rəhbəri ilə görüşlə başa vurub. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. İranın dövlət başçısı bu yaraqlı qrupu İsrailə qarşı silahlı mübarizəsinə görə alqışlayıb. İranın dövlət mətbuatı cənab Əhmədinejadın Həsən Nəsrullah ilə görüşü zamanı səfərinin məqsədi və regional inkişafları müzakirə etdiyini bildirib. Nəsrullahın Mahmud Əhmədinejada Hizbullah döyüşçüləri tərəfindən İsrail əsgərlərinin əlindən alınan tüfəngi hədiyyə etdiyi deyilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR