Əfqanıstanda Hollandiya vətəndaşı oğurlanıb

Əfqanıstanda Hollandiya vətəndaşı oğurlanıb
# 25 oktyabr 2010 21:41 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanda humanitar təşkilatda çalışan Hollandiya vətəndaşı oğurlanıb.
APA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, dörd naməlum şəxs Əfqanıstanın şimalında Taxar əyalətində Hollandiya vətəndaşını və onun Rusiyalı sürücüsünü oğurlayıb və Gündüz şəhəri istiqamətinə aparıblar.
İndiyə qədər hadisəyə görə məsuliyyəti öz üzərinə götürən olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR