İran Rusiya, Çin və Avropa Birliyini özünün nüvə obyektlərinə dəvət edib

İran Rusiya, Çin və Avropa Birliyini özünün nüvə obyektlərinə dəvət edib
# 04 yanvar 2011 03:55 (UTC +04:00)
Bakı-APA. İranın Beynəlxalq Atom energetikası agentliyi (MAQATE) yanındakı nümayəndəsi Əli Aşqar Soltani Rusiya, Çin, Avropa Birliyi, həmçinin Tehranla dost münasibətdə olan digər inkişaf edən dövlətlərin nümayəndələrini İranın nüvə obyektlərinə baxmağa çağırıb.

Soltani səfərin yanvarın 15 və 16-sı həyata keçirilə biləcəyini bildirib.

2010-cu il dekabrın 7-də Cenevrədə İranın nüvə problemi üzrə rəsmi Tehranla «altılıq» (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya) arasında danışıqların növbəti raundu başa çatıb. Danışıqların nəticəsinə əsasən məsləhətləşmələr yanvarın sonunda İstanbulda davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR