Şərq Çində cinayətkarlar ilə atışmada üç polis əməkdaşı öldürülüb

Şərq Çində cinayətkarlar ilə atışmada üç polis əməkdaşı öldürülüb
# 05 yanvar 2011 04:29 (UTC +04:00)
Bakı-APA. Şərq Çində cinayətkarlar ilə atışmada üç polis əməkdaşı öldürülüb, altı nəfər xəsarət alıb.
APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, hadisə Tayan şəhərində baş verib. Yerli sakinin qətlinin istintaqını aparan polis əməkdaşları şübhəli şəxsin qohumlarının evində axtarış aparmağa gəlmişlər. Evdə olan iki silahlı adam polis əməkdaşlarına atəş açıb. Sonra yoldan keçən avtomobili ələ keçirərək qaçmağa cəhd etmişlər. Təqibdən qaçarkən cinayətkarlar iki sürücünü yaralayıblar. Polis tərəfindən mühasirəyə alınandan sonra cinayətkarlardan biri özünü güllələyib digəri isə təslim olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR