İraqın radikal şiələrinin lideri Müqtəda əs-Sədr ölkəyə qayıdır

İraqın radikal şiələrinin lideri Müqtəda əs-Sədr ölkəyə qayıdır
# 06 yanvar 2011 03:55 (UTC +04:00)
Bakı-APA. 2007-ci ildə İrana qaçmış İraqın radikal şiələrinin lideri Müqtəda əs-Sədr ölkəyə qayıdır. Əs-Sədr orada Qum şəhərində dini təhsilini artıraraq ayətulla dərəcəsinədək yüksəlib.

Hazırda İraqdakı siyasi vəziyyət əs-Sədr üçün 2007-ci ilə nisbətən xeyli dəyişib. Birləşmiş Ştatlar demək olar ki, öz qoşunlarını çıxarıblar. Keçmiş siyasi rəqibi Nuri əl-Maliki isə indi Müqtəda əs-Sədrin hökumət üzrə ortağıdır.

Əs-Sədr 2004-cü ildə koalisiya qüvvələri ilə bir neçə ay döyüşən «Mehdi ordusu»na başçılıq eləyib. Nəticə olaraq qiyamçılar məğlubiyyətə uğrasalar da, əs-Sədr nüfuzunu saxlayaraq siyasi bəyanatlarla çıxış edib. İndi isə o hökumətin adından çıxış edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR