İsrailin baş naziri Benyamin Netanyahu Misir prezidenti ilə görüşüb

İsrailin baş naziri Benyamin Netanyahu Misir prezidenti ilə görüşüb
# 06 yanvar 2011 23:16 (UTC +04:00)
Bakı-APA. İsrailin baş naziri Benyamin Netanyahu fələstinlilərlə dalana dirənmiş danışıqları bərpa etmək üçün Misir prezidenti Hüsni Mübarəklə görüşüb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Netanyahunun idarəsi bildirib ki, liderlər sülh prosesini irəliyə doğru aparmaq və başqa regional məsələləri müzakirə etmək üçün Qırmızı Dənizin kurort şəhəri Şarm Əl-Şeyxdə görüşüblər.
Ötən çərşənbə günü İordaniya kralı Abdullah İsrail və fələstinliləri əlavə vaxt itirməməyə çağırıb. O, bu ifadəni Netanyahu ilə telefon söhbəti zamanı dilə gətirib. İordan liderinin idarəsinin açıqladığı bəyanatda deyilir ki, hazırkı situasiya regional sülh və sabitliyi təhlükə altına qoyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR