İranda tanınmış islahat tərəfdarı Mürtəza Hacı həbs edilib

İranda tanınmış islahat tərəfdarı Mürtəza Hacı həbs edilib
# 07 yanvar 2011 02:39 (UTC +04:00)
Bakı-APA. İranda keçmiş prezident Məhəmməd Hatəminin tərəfdarlarından biri, tanınmış reformist Mürtəza Hacı həbs edilib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, İranın Saham saytı bildirib ki, Hatəminin prezidentliyi dövründə təhsil naziri işləmiş Mürtəza Hacı çərşənbə günü gecə həbs edilərək Tehranın Evin həbsxanasına salınıb.
Hacının həbsinin səbəbləri barədə məlumat verilmir.
Xatırladaq ki, Mürtəza Hacı bir dəfə 2009-cu ilin dekabrında həbs edilib.
Son prezident seçkilərindən sonra başlanan etiraz aksiyaları zamanı yüzlərlə müxalifət tərəfdarları həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR