İranda təyyarə qəzası zaman ölənlərin sayı 77 nəfərə çatıb

İranda təyyarə qəzası zaman ölənlərin sayı 77 nəfərə çatıb
# 10 yanvar 2011 09:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bu rəqəmi İran Nəqliyyat Nazirliyi yanında Böhran Qrupunun rəhbəri Əhməd Məcidi açıqlayıb. Xatırladaq ki, bundan əvvəl ölənlərin sayının 70 nəfər olduğu bildirilirdi. Qəzaya uğrayan təyyarədə 94 sərnişin və 11 ekipaj üzvü olub. 26 yaralı Urmiya şəhər xəstəxanasına çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır. Əhməd Məcidi təyyarənin “qara qutu”sunun yerli sakinlər tərəfindən tapılaraq Qərbi Azərbaycan vilayətinin rəhbərliyinə verildiyini bildirib. Amma o tapılan hissənin “qara qutu” olub-olmadığının dəqiqləşmədiyini deyib.

Press TV-nin məlumatına görə, təyyarə havaya qrafik üzrə bir saat ləngimə ilə qalxıb. Urmiya aeroportuna eniş etməyə hazırlaşan təyyarənin ekipajı ilk əvvəl qeyri-sabit hava şəraitə görə yerə enməmək qərarına gəlib. Daha sonra təyyarə radarlardan itib və yerli sakinlər tərəfindən qarla örtülmüş sahədə tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR