İranlı fizikə qarşı terror həyata keçirən şəxs İsraildə təlim keçdiyini etiraf edib

İranlı fizikə qarşı terror həyata keçirən şəxs İsraildə təlim keçdiyini etiraf edib
# 11 yanvar 2011 08:27 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranlı fizikə qarşı terror həyata keçirən şəxs İsrailin xüsusi xidmət orqanlarından təlim aldığını etiraf edib. APA-nın “İRİNN”-ə istinadən verdiyi məlumata görə, Məcid Camalifəş İranın Dövlət Televiziyasında canlı yayımda Doktor Məsud Əli Məhəmmədiyə qarşı terror aktı törətmək üçün İsraildə Telaviv-Yerusəlim yolunun kənarında yerləşən xüsusi qarnizonda təlim keçdiyini bildirib: “İsraildə iranlı fizikin öldürülməsi üçün mənə lazımi hazırlıqlar keçildi. Onun yaşadığı məntəqənin, hətta mənzilinin maketi hazırlandı. Mən bir neçə dəfə maket üzərində iranlı fizikin öldürülməsi ilə bağlı təlim keçdim. Artıq onun yaşadığı mənzili və ətraf küçələri dəqiqliklə tanıyırdım. İsrailin xüsusi xidmət orqanlarından olan bir neçə zabit mənə partlayıcı maddənin avtomobilə yapışdırılması və uzaqdan idarə edilməsi, eləcə də terror əməliyyatlarını həyata keçirməyin digər qaydalarını öyrətdilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR