İstanbulda İranın nüvə proqramı ilə bağlı müzakirələr keçiriləcək
11 yanvar 2011 11:09 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Yanvarın 21-22-də İstanbulda İranla 5+1 qrupu arasında müzakirələr keçiriləcək. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst deyib. O bildirib ki, digər ölkələrin bu müzakirələrdə iştirakı razılaşdırılmayıb.
R. Mehmanpərəst İranın nüvə sahəsində bütün işlərini şəffaf şəkildə həyata keçirdiyini söyləyib: “İran yeganə ölkədir ki, nüvə texnologiyasını və nüvə enerjisi obyektlərini beynəlxalq ictimaiyyətin və qurumların üzünə açıb. Bunu heç bir ölkə etmir”.
Diplomat Əli Əkbər Salehinin xarici işlər naziri vəzifəsinə təyin edilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, ölkə prezidenti bu yaxınlarda Salehinin namizədliyini parlamentin təsdiqinə təqdim edəcək.