Fələstin qruplaşmaları İsraili atəşə tutmamaq barədə razılığa gəliblər

Fələstin qruplaşmaları İsraili atəşə tutmamaq barədə razılığa gəliblər
# 13 yanvar 2011 04:49 (UTC +04:00)
Bakı-APA. Qəzza zolağında olan bir neçə Fələstin qruplaşmalarının nümayəndələri keçirdikləri görüşdə cavab zərbəsi almamaq üçün İsraili atəşə tutmamaq barədə razılığa gəliblər.

«Bu qərar barədə Misirə məlumat verilib», deyə qruplaşmalardan birinin nümayəndəsi bildirib.

Daha öncə Misir HƏMAS qruplaşmasına İsrail ərazisinin raket atəşinə tutulması davam edərsə, İsrailin irimiqyaslı hərbi əməliyyata başlaya biləcəyini bildirib. HƏMAS öz növbəsində Qəzza zolağında gərginliyin artmasında maraqlı olmadığını qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR