Pakistan ərazisi Əfqanıstan tərəfdən minaatan atəşinə tutulub

Pakistan ərazisi Əfqanıstan tərəfdən minaatan atəşinə tutulub
# 13 yanvar 2011 20:52 (UTC +04:00)
Bakı-APA. Pakistan ərazisinin Əfqanıstan tərəfdən minaatan atəşinə tutulması nəticəsində səkkiz nəfər həlak olub.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Pakistanın hökumət nümayəndəsi bildirib ki, bombardmana Pakistanın Əfqanıstanla həmsərhəd olan Şimali Vəziristan əyaləti məruz qalıb.
Bundan bir qədər əvvəl Pakistanın Bannu rayonunda partlayıcı qurğunun işə salınması nəticəsində üç polis əməkdaşı həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR