Tunis prezidentinin təyyarəsi Səudiyyə Ərəbistanında yerə enib

Tunis prezidentinin təyyarəsi Səudiyyə Ərəbistanında yerə enib
# 15 yanvar 2011 01:51 (UTC +04:00)
Bakı-APA. Ölkəsindən qaçmış Tunis prezidenti Zin əl-Abidin bin Əlinin təyyarəsi Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerə enib. Bu barədə yerli Arabiya TV telekanalı məlumat yayıb.

Rəsmilər hələlik bu məlumatı təsdiq etməyiblər.

Qeyd edək ki, Tunisdə hakimiyyət baş nazir Məhəmməd əl-Qannuşiyə keçib. Tunisin bütün ərazisində fövqəladə vəziyyət elan edilib.

Dekabrın sonlarında başlayan etirazlar nəticəsində 23 nəfərin öldüyü rəsmən təsdiqlənib. Həmkarlar ittifaqları isə 66 nəfərin öldüyünü iddia edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR