Məkkədə fövqəladə vəziyyət elan edilib

Məkkədə fövqəladə vəziyyət elan edilib
# 15 yanvar 2011 12:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Səudiyyə Ərəbistanının Məkkə şəhərində fövqəladə vəziyyət elan edilib. APA-nın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanvarın 14-dən Məkkə şəhərində fövqəladə vəziyyətin elan olunmasına son günlər yağan aramsız yağışlar səbəb olub. Ölkənin Mülki Müdafiə qoşunlarının 800 əməkdaşı təbii fəlakətlə mübarizəyə cəlb olunub. Aviasiya dəstəsi hazırlıq vəziyyətinə gətirilib. Hazırda ərazilərdən suyun çəkilməsi xüsusi texnika vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, ötən ilin dekabr ayında Səudiyyə Ərəbistanında subasma nəticəsində 50 nəfər həyatını itirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR