Türkmənistan Avropaya qaz satacağını bəyan edib

Türkmənistan Avropaya qaz satacağını bəyan edib
# 16 yanvar 2011 02:17 (UTC +04:00)
Bakı-APA. Türkmənistan Avropaya qaz satacağını bəyan edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbər görə, prezident Qurbanqulu Berdiməhəmmədov bildirib ki, onun ölkəsi təbii qaz ixracına hazırdır. Türkmənistanın dövlət başçısının bu açıqlaması Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozunun Türkmənistana səfərindən sonra verilib. Türkmənistanla Avropa İttifaqı arasında heç bir rəsmi razılıq olmasa da, prezident Berdiməhəmmədov Avropa ilə tərəfdaşlığın prioritet olduğunu bildirib. Avropa Rusiyadan asılılığını azaltmaq üçün təbii qazın müxtəlif mənbələrinə üz tutur. Türkmənistan təbii qaz ehtiyatına görə dünyada dördüncü yeri tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR