Nazarbayev referendumla bağlı Konstitusiya dəyişikliyini imzalamaqdan imtina edib

Nazarbayev referendumla bağlı Konstitusiya dəyişikliyini imzalamaqdan imtina edib
# 17 yanvar 2011 07:19 (UTC +04:00)
Bakı-APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayev parlamentin qəbul etdiyi və prezidentin səlahiyyət müddətinin uzadılmasına imkan verən Konstitusiya dəyişikliyini imzalamaqdan imtina edib. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, dəyişikliklər dəyərləndirilmək üçün Qazaxıstan Konstitusiya Şurasına göndərilib. Şuranın sədri Nikolay Belorukov bildirib ki, dəyişikliklər bir ay ərzində müzakirə olunacaq. Xatırladaq ki, yanvarın 14-də Qazaxıstan parlamentinin hər iki palatası prezidentin səlahiyyət müddətini 2020-ci ilə kimi artırmağa imkan verən Konstitusiya dəyişikliyini qəbul edib. Bundan bir həftə əvvəl isə prezident parlament üzvlərinin referendum keçirmək təklifini rədd edən fərman imzalayıb. Bununla belə ölkədə referendum keçirilməsini tələb edən imza toplama kampaniyası davam edir. Həftə sonuna kimi ölkə üzrə ümumilikdə 5 milyondan çox imza toplanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR