Pakistanda avtobusda baş verən partlayış nəticəsində 18 nəfər ölüb

Pakistanda avtobusda baş verən partlayış nəticəsində 18 nəfər ölüb
# 17 yanvar 2011 08:39 (UTC +04:00)
İslamabad-APA. Pakistanın şimal-şərqində avtobusda partlayış baş verməsi nəticəsində ən azı 18 nəfər ölüb. APA-nın məlumatına görə, hadisə Koxat şərəhi yaxınlığında baş verib. Partlayış zamanı avtobusda olan sərnişinlərdən bir neçə nəfər ağır yaralanıb. Hadisənin terror aktı olduğu istisna edilmir. Digər bir versiyaya görə, hadisə qaz balonunun partlaması nəticəsində baş verə bilər. Yaralılar Koxat şəhər xəstəxanasına çatdırılıb. Xatırladaq ki, son vaxtlar sərnişin avtobuslarında terror aktları mütəmadi xarakter alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR