İraqın Bakuba şəhərində baş verən terror aksiyasında 13 nəfər ölüb

İraqın Bakuba şəhərində baş verən terror aksiyasında 13 nəfər ölüb
# 19 yanvar 2011 10:22 (UTC +04:00)
Bakı – APA. İraqın Bakuba şəhərində dövlət binalarının mühafizəsi xidmətinin bazasının yanında terror aksiyası baş verib. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, içinə partlayıcılar doldurulmuş təcili yardım maşını ilə bazaya yaxınlaşan terrorçu-kamikadze partlayış törədib. Nəticədə 13 nəfər ölüb.

Xatırladaq ki, yanvarın 18-də Tikrit şəhərində Daxili İşlər Nazirliyi üçün əməkdaş hazırlayan mərkəzə qarşı terror aksiyasına 65 nəfər ölüb və 150-dən çox adam yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR