Tailandda silahlılar hərbi düşərgəyə hücum ediblər: 6 hərbçi ölüb

Tailandda silahlılar hərbi düşərgəyə hücum ediblər: 6 hərbçi ölüb
# 20 yanvar 2011 04:57 (UTC +04:00)
Bakı-APA. Tailandda silahlıların hərbi düşərgəyə hücum etməsi nəticəsində 6 hərbçi ölüb, 5 nəfər isə yaralanıb.

Hücum gecə cənubdakı Nartahivat əyalətində həyata keçirilib. 20-dən artıq silahlı düşərgəyə daxil olaraq atəş açıblar.

Tailandın cənubunda islamçı silahlıların fəaliyyəti ilə əlaqədar vəziyyət gərgin olaraq qalır. İslamçılar Nartahivat, Patani və Yala əyalətlərinin Tailanddan çıxaraq müstəqil dövlət yaratmasının lehinə çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR