Əfqanıstan parlamenti prezidentin fərmanının ziddinə olaraq toplaşmaq niyyətindədir

Əfqanıstan parlamenti prezidentin fərmanının ziddinə olaraq toplaşmaq niyyətindədir
# 21 yanvar 2011 23:50 (UTC +04:00)
Bakı-APA. Əfqanıstan parlamentinin üzvləri ölkə prezidenti Həmid Kərzayın fərmanının ziddinə olaraq yanvarın 23-də ilk iclaslarına toplaşmaq niyyətindədirlər.

Müvafiq qərar Kabildə 200-dən çox deputatın iştirakı ilə keçirilmiş görüşdə qəbul edilib.

Əfqanıstan lideri yanvarın 19-da parlamentin aşağı palatasının ilk iclasının yanvarın 23-dən fevralın 22-nə keçirilməsi barədə fərman imzalayıb. Bu barədə qərar Ali Məhkəmənin xüsusi tribunalının parlament seçkiləri zamanı baş vermiş saxtakarlıqları araşdırmaq üçün vaxt istəməsindən sonra qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR