İran hakimiyyəti Tehran merinə ABŞ-da keçiriləcək mərasimdə iştirak etməyi qadağan edib

İran hakimiyyəti Tehran merinə ABŞ-da keçiriləcək mərasimdə iştirak etməyi qadağan edib
# 22 yanvar 2011 17:50 (UTC +04:00)
Bakı-APA. İran hakimiyyəti Tehran meri Məhəmməd Baker Kalibafiyə gələn həftə ABŞ-da keçiriləcək mərasimdə iştirak etməyi qadağan edib. APA-nın svobodanews.ru saytına istinadən verdiyi məlumata görə, Kalibafi qeyri-hökumət təşkilatı tərəfindən ABŞ-da keçiriləcək şəhər təsərrüfatının inkişafında nailiyyətlərə görə illik mükafatlanma mərasiminə dəvət olunub. Ekspertlər Tehran meriyasının ictimai nəqliyyatda əldə etdikləri naliyətləri qeyd etmək istəyirdilər. Qadağanın səbəbi hələ aydın deyil. Reuters agentliyi bildirir ki, bəzi iranlılar Məhəmməd Baker Kalibafini İranda keçiriləcək prezident seçkilərində namizəd kimi qiymətləndirirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR