Yəməndə tələbələr prezidenti istefaya çağırır

Yəməndə tələbələr prezidenti istefaya çağırır
# 22 yanvar 2011 23:20 (UTC +04:00)
Bakı-APA. Yəməndə yüzlərlə nümayişçi prezident Əli Abdulla Salehi on illərlə davam edən hakimiyyətindən əl çəkməyə çağırıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, tələbələr və digər etirazçılar Səna Universitetində toplaşaraq hökumət əleyhinə şuarlar səsləndirib. Nümayişçilər Tunisdə prezident Zinə Əl Abidini Ben Əlini hakimiyyətdən devirən nümayişlərdən ruhlanıb. Fransa xəbər agentliyi yazır ki, bəzi tələbələr Tunisdəki çevrilişə işarə edərək “Yasəmən inqilabından öyrənin” yazılan plakatlar qaldırıb. Agentlik bildirir ki, eyni zamanda ölkədə prezidenti dəstəkləyən nümayiş də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR