Tacikistanda 6,1 bal gücündə zəlzələ olub

Tacikistanda 6,1 bal gücündə zəlzələ olub
# 24 yanvar 2011 07:15 (UTC +04:00)
Bakı – APA. Yanvarın 24-nə keçən gecə Tacikistanda 6,1 bal gücündə zəlzələ olub. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07.45-də qeydə alınan zəlzələnin episentri Çin sərhədi yaxınlığında yerləşən Karakul şəhərinin 106 km cənub-qərbinə təsadüf edib. Düşənbə seymik stansiyası təkanların paytaxt Düşənbədə 3 bal gücündə hiss edildiyini açıqlayıb. Dağıntı və tələfat haqda məlumat yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR