İndoneziyada bərə yanıb, azı 17 nəfər ölüb

İndoneziyada bərə yanıb, azı 17 nəfər ölüb
# 28 yanvar 2011 07:18 (UTC +04:00)
Bakı – APA. İndoneziyanın Yava adası yaxınlığında “Laut Teduh II” adlı bərədə baş verən yanğın nəticəsində azı 17 nəfər ölüb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Yavanın Merak limanından Sumatranın cənubundakı Bakoheni limanına gedən bərə Merakdan 3 mil uzaqlıqda, Tempurunq adası yaxınlığında yanıb. Bərədə 240-1000 adam olduğu güman olunur. Xilasetmə işləri davam edir. 100-ə yaxın adamın xilas edildiyi bildirilir. Onların 30-dan çoxu ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ölənlərin sayının artacağı xəbər verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR