İran prezidenti yaxın günlərdə yeni müşavirlər təyin edəcək

İran prezidenti yaxın günlərdə yeni müşavirlər təyin edəcək
# 28 yanvar 2011 11:34 (UTC +04:00)
APA-nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə M. Əhmədinejadın Müşavirlər Şurasının rəhbəri Mehdi Xorşidi bildirib. Onun sözlərinə görə, prezidentin 29 müşavirindən 14-ü müxtəlif səbəblərdən işdən azad edilib, 15 müşavir isə fəaliyyətini davam etdirir: “Prezident bu yaxınlarda vəzifələrindən azad edilən müşavirlərin yerinə yenilərini təyin edəcək”.

Baş verənləri APA-ya şərh edən iranlı siyasi ekspert Həsən Behiştpur vəzifələrindən azad edilən müşavirlərin bir çoxunun öz işlərində məsuliyyətli olmadığını deyib: “Prezident fəaliyyətlərindən razı olmadığı üçün onları işdən azad edib. Bu, dövlət başçısının səlahiyyətində olan məsələdir. Amma 14 yüksək rütbəli müşaviri qəfil işdən azad etmək məqsədə uyğun hesab edilmir. Yaxşı olardı ki, öncədən bunların bacarıqsızlıqları və ya müsbət cəhətləri elan edilərdi. Heç olmasa, özləri bu məsələdən xəbərdar olardılar. Azad edilən müşavirlərin yerinə yenilərinin təyin edilməsi məsələsi də vaxtında həllini tapmalıdır”.

Ekspert müşavirlərin işdən azad edilməsi ilə İranın sabiq xarici işlər naziri Manuçöhr Mottəkinin vəzifəsindən azad olunması arasında əlaqə olmadığını düşündüyünü də deyib.

Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejad yanvarın 3-də yüksək rütbəli 14 müşavirini vəzifəsindən azad edib. İşdən azad edilən müşavirlər bunlardır: Müctəba Rəhmandust, Məhəmmədrza Etimadian, Əbülfəz Təvəkkülbina, Seyid Kazım Vəziri, Mehdi Çəmran, Məhəmməd Ruyanian, Əli Montəziri, Mehdi Şəhid Kolhər, Əli Əsgər Zarei, Mehdi Mostəfəvi, Davud Daneş Cəfəri, Məhəmmədcavad Hacı Əli Əkbəri, Məhəmməd Setari Vəfayi və Süsən Keşavərz.

İran prezidentinin hazırda fəaliyyətdə olan 15 müşavirinin siyahısı isə belədir: Həmid Mövlana, Əli Məhəmməd Nurian, Nasir Səqqayi Biriya, Məhəmməd Xaliqi, Cavad Maqsudi, İshaq Mədəni, Qulamhüseyn İlham, Müctəba Haşimi Səmərə, Məryəm Müctehidzadə, Əliəkbər Əşəri, Seyid Əhməd Musəvi, Doktor Gilançi, Dadxah, Məhəmmədəli Abadi və Səid Mürtəzəvi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR