İranın Kirman vilayəti sel sularının altında qalıb – FOTO

İranın Kirman vilayəti sel sularının altında qalıb – <font color=red>FOTO </font>
# 03 fevral 2011 08:14 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Fəhrəc şəhərində sel 15 çoxmərtəbəli yaşayış binasını dağıdıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Fəhrəc şəhərinin başçısı Hüseyn Zeynüssalehi bildirib ki, şəhərdə və ətraf kəndlərdə suyun hündürlüyü 50 santimetrdən çoxdur. Ərazidə yerləşən 20 dən çox kəndin mərkəzlə əlaqəsi kəsilib. Xilasedici qüvvələr kəndlərə çətinliklə gedirlər. Təbii fəlakət nəticəsində körpülər və keçidlər sıradan çıxıb. Evlərə, əkin sahələrinə və yollara ciddi ziyan dəyib.

Qeyd edək ki, Kirman vilayətində 3 gün davam edən güclü yağışlar nəticəsində Rigan rayonunda 50 kənd, eləcə də Rigan şəhəri sel sularına qərq olub. 6 minə yaxın vətəndaş fəlakət bölgəsindən evakuasiya olunub. Təbii fəlakət nəticəsində vilayətə küllü miqdarda maddi ziyan dəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR