İranda cümə namazında Mirhüseyn Musəvi və Mehdi Kərrubinin edamı tələb olunub

İranda cümə namazında Mirhüseyn Musəvi və Mehdi Kərrubinin edamı tələb olunub
# 18 fevral 2011 11:33 (UTC +04:00)
APA-nın “İRNA” ya istinadən verdiyi məlumata görə, İran vətəndaşları müxtəlif dəstələrlə cümə namazı keçirilən məkana tərəf yürüş edərək Mirhüseyn Musəvi və Mehdi Kərrubinin edam edilməsi şüarları səsləndiriblər.

Cümə namazının imamı Ayətullah Əhməd Cənnəti fitnəkarların ömrünün sona çatdığını bəyan edib: “Onlar bu işləri ilə özlərini rüsvay etdilər. Artıq onlara İran cəmiyyətində yer yoxdur. Məhkəmə qoy onları ev dustağı etsin. Onların bütün əlaqələri məhdudlaşdırılsın, internet və telefonları bağlansın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR