Bəhreyndə hökumət əleyhinə izdihamlı yürüş keçiriləcək

Bəhreyndə hökumət əleyhinə izdihamlı yürüş keçiriləcək
# 22 fevral 2011 04:59 (UTC +04:00)
Bakı-APA. Bəhreyn müxalifəti bu gün paytaxt Manamada hökumət əleyhinə 100 min nəfərlik yürüş keçirməyi planlaşdırır. Bu barədə «Əl-Vifak» təşkilatının nümayəndəsi Əbdül Cəlil Xəlil İbrahim bildirib.

Onun sözlərinə görə, müxalifət kral Həmad bin İsa Əl Xəlifədən xalqa xidmət etməyən hökumətin buraxılmasını tələb edir. Eyni zamanda İbrahim öz tərəfdarlarının hakimiyyətlə dialoqa hazır olduqlarını bildirib.

Bu arada şahzadə vəliəhd şeyx Salman bin Həmad Əl Xəlifə ölkədə «əsl islahatların» keçiriləcəyinə söz verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR