Yaponiyanın sunami baş verən bölgəsində 300-dən çox insan meyiti aşkarlanıb

Yaponiyanın sunami baş verən bölgəsində 300-dən çox insan meyiti aşkarlanıb
# 11 mart 2011 15:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə yerli polis orqanları xəbər yayıb.

Xatırladaq ki, bu gün Yaponiyanın şimal-şərqində 9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Tokiodan 373 kilometr şimal-şərqə düşüb. Daha sonra Tokiodan 67 kilometr uzaqlıqda 6-7 bal gücündə bir neçə təkrar təkan qeydə alınıb. Bəzi prefekturalarda sunami evləri və yollarda olan maşınları yuyub aparıb. Rəsmi orqanlar sunami təhlükəsi ərazilərdə məskunlaşmış vətəndaşlara təcili olaraq təhlükəsiz yerə getmək barədə xəbərdarlıq edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR