İranda bir polis öldürülüb

İranda bir polis öldürülüb
# 28 mart 2011 16:13 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın İsfahan şəhərində polisin silahlı dəstə ilə qarşıdurması zamanı bir polis öldürülüb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsfahan vilayət prokuroru Məhəmmədrza Həbibi açıqlama verib.

O bildirib ki, silahlı şəxslər polis nəfərlərinin az olmasından istifadə edib onlara hücum ediblər. Hadisə zamanı qarşı tərəfdən də bir nəfər qətlə yetirilib, 2 nəfər isə tutulub. Hazırda faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR