Suriyada kütləvi həbslər aparılır

Suriyada kütləvi həbslər aparılır
# 02 aprel 2011 23:35 (UTC +04:00)
Bakı-APA. Suriyada təhlükəsizlik qüvvələri reydlər keçirərək çox sayda müxalifət tərəfdarlarını həbs ediblər.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, həbslər bütün ölkə boyu vüsət almış anti-hökumət nümayişlərinin ardınca həyata keçirilib.
Təhlükəsizlik qüvvələri həbsləri müxalifət nümayişlərinin mərkəzi sayılan Dərada həyata keçiriblər. Habelə paytaxt Dəməşq və onun ətrafında da siyasi fəallar həbs olunub.
Cümə günü keçirilmiş nümayişlər zamanı azı yeddi adam təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Şahidlər hökumət qüvvələrinin nümayişçilərə qarşı gözyaşardıcı qazdan, dəyənəklərdən və odlu silahlardan istifadə etdiklərini xəbər verirlər.
Human Rights Watch təşkilatı Suriyada nümayişlər baş qaldırandan bəri 61 adamın həlak olduğunu təxmin edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR