Yeməndə etiraz aksiyası zamanı şiddətli toqquşmalar baş verib

Yeməndə etiraz aksiyası zamanı şiddətli toqquşmalar baş verib
# 10 aprel 2011 04:35 (UTC +04:00)
Bakı-APA. Səna şəhərində etirazçılarla polis arasında baş vermiş toqquşmalar nəticəsində yüzlərlə insan xəsarət alıb.
APA-nın bbc.com saytına istinadən verdiyi məlumata görə, oxşar toqquşma bir gün əvvəl ölkənin cənubunda Taiz şəhərində baş verib.
Hərbiçilər iğtişaşlar olan rayonu yük maşınları ilə mühasirəyə alıblar.
Şəhərdə atəş səsləri eşidilir. Etiraz aksiyaları iştirakçıları bildirirlər ki, snayperlər binaların damlarından onlara atəş açıblar.
Həkimlərin sözlərinə görə, xəstəxanaya gətirilənlərinin azı onunda güllə yarası var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR